• 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 
  • 21:23 – Əfsanəvi Milli Qəhrəman Fred Asifin Anım Günüdür, Əbədiyyətə uğurlanmasından 32 il keçir-MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (2) 
  • 23:05 – Ərdoğan və Berdiməhəmmədov bu məsələləri müzakirə etdilər 
  • 23:01 – Sabah Ermənistana benzin və dizel göndəriləcək 

Burada məqsəd ordumuzun imicinə xələl gətirməkdir - MN



Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır.

Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir", - A.Eyvazov bildirib.


Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →