• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Doktor İlahə Elyarlı:Tarixi qələbənin qazanılmasında mənim də öz payım var!




BAKI-XEBERTV.AZ

Doktor İlahə Elyarlı:Tarixi qələbənin qazanılmasında mənim də öz payım var!

Müsahibimiz həkim – məhkəmə tibb eksperti İlahə Elyarlıdır. 

-İlahə xanım, əvvəla Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və gələcək işlərinizdə uğurlar arzu edirəm.Necə oldu ki, məhkəmə tibb eksperti olmaq qərarına gəldiniz?

-Uşaq yaşlarında ikən məndə ağ xalata maraq yarandı. Müalicə məqsədilə valideynlərimə iynə vurmaq istəyirdim. Onlara lazım olan dava-dərmanı verir, sağalmaları üçün əllərimdən gələni əsirgəmirdim.Beləcə həkim olmaq qərarına gəldim. 2011-ci ildə Ukraynanın Vinnitsa vilayətində Vinnitsa Milli Tibb Universitetinə daxil oldum. 3-cü kursda ikən məhkəmə tibb eksperti olacağımı qət etdim.Valideynlərim bu ixtisası seçməyimə razı deyildilər, lakin, bu, mənim çoxdankı arzum idi. Yuxusuz gecələr hesabına bu ixtisasın incəliklərini öyrəndim. 2020-ci ildə ali təhsilimi başa vurub, Azərbaycana qayıtdım.

-Siz Azərbaycana qayıdan ərəfədə II Vətən savaşı başlandı...

-Elədir ki var. Çox çətin günlər idi. Hər gün xeyli yaralı, meyid qəbul edirdik.İnanın nə çörək yeyə bilirdik, nədəki çay içə bilirdik. Buna baxmayaraq, ürəklə çalışırdıq.  Mən  II Vətən savaşında  Şuşaya kimi gedib çıxan ərənlərə maddi və mənəvi dəstək göstərmişəm. . Çox şadam ki, düşmən üzərində tarixi qələbənin qazanılmasında mənim də öz payım var.

-Siz, əslən Qubadlı rayonundansız.Qubadlı rayonu, bütövlükdə Zəngəzur mahalı qəhrəmanlar yurdudur.

-Şamil müəllim, çox düzgün qeyd etdiniz. Fəxr edirəm ki, Zəngəzur mahalında 20 ildən çox Xalq hərəkatına rəhbərlik etmiş Qaçaq Nəbinin, onun xanımı Həcər nənənin, Azərbaycanın Sabiq Daxili İşlər Naziri Arif Heydərovun, General-mayor Mais Barxudarovun, II Vətən savaşında şəhid olmuş polkovnik, Milli Qəhrəman Şükür Həmidovun, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin, I Vətən savaşında şəhid olmuş “Azərbaycan bayrağı” ordenli Həsənqulu Qasımovun, onun kiçik qardaşı, II Vətən savaşında şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı Faiq Qasımovun həmyerlisiyəm. Ulu Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Komitənin katibi kimi məsul vəzifəni yerinə yetirmiş Kamran Hüseynov və digər şəxsləri hörmətlə xatırlayıram.

-Əminəm ki, Qubadlı rayonunda tikinti-quruculuq işləri başa çatan kimi Siz orda çalışacaqsız.

-İstər Laçın, Şuşa, Qubadlı və ya Zəngilanda-harda məsləhət bilsələr orda ürəklə işləməyə hazıram.

Maraqlı müsahibə üçün çox sağ olun.

Şamil Sabiroğlu,

Bakı-Sumqayıt, 12.08.2023.



Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →