• 19:44 – Bakıda 2 nəfərin zəhərlənməsi faktı üzrə araşdırma aparılır 
  • 19:30 – Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur - Şeyx 
  • 19:25 – Bu pulları dərhal dəyişdirin! 
  • 16:03 – Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır 

Yaponiya Rusiya neftinin qiymətini aşağı saldı


Yaponiya Rusiya neftinin qiymətini aşağı saldı


Yaponiya hökuməti Rusiya neftinin bir barelinin qiymətinin tavanını 60 dollardan 47,6 dollara endirmək qərarına gəlib.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“2025-ci il sentyabrın 12-dən maksimum qiymət bir barel üçün 60 dollardan 47,6 dollar/barelə endiriləcək”, - məlumatda deyilir.

Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, Rusiyadan xam neft tədarükünə şamil ediləcək, razılaşmalar sentyabrın 12-də və ya ondan sonra əldə edilib.Eyni zamanda, sentyabrın 12-dək bağlanmış müqavilələr üzrə xammal idxalı əvvəlki maksimum qiymətlə həyata keçiriləcək.

Bir neçə saat əvvəl Yeni Zelandiya da Rusiya neftinin qiymət tavanını 60 dollardan 47,6 dollara endirib. Ölkə həmçinin 11 fiziki şəxsə və səkkiz hüquqi şəxsə, o cümlədən “kimyəvi silahların, dezinformasiyanın və alternativ ödəniş sistemlərinin (kriptovalyutaların) tədarükü və istifadəsi ilə məşğul olan Rusiya qurumlarına qarşı sanksiyalar tətbiq edib.




Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →