• 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:37 – Azərbaycan bu ölkədən "Aİ-92" markalı benzin tədarük etməyə başladı - Son 16 ildə ilk dəfə 
  • 18:31 – 1696-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:28 – Bizə raket verin ki, özümüzü müdafiə edə bilək - Zelenski 

Şahmatçımız Read Səmədov Bazel festivalında birinci olub

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.

Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →