• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər

Futbol üzrə Argentina milli komandasının idman direktoru Lusiano Nakis Anxel Di Mariyanın "Qalatasaray"a mümkün keçidinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, cari mövsümün sonu “Yuventus”la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" klubu yaxından maraqlanır.

L.Nakis "Radyospor"a açıqlamasında transferin mümkün olduğunu söyləyib: "Ola bilər. "Qalatasaray" böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər".

Qeyd edək ki, Anxel Di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →