• 20:07 – Dövlət müəssisələri ilə bağlı vacib qərar 
  • 19:55 – Çin bu ölkə ilə 14 il sonra ilk dəfə hərbi təlim keçirir 
  • 19:25 – Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə 
  • 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 

Luis Suares Braziliya klubu ilə anlaşıb

Futbol üzrə Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. O, “Qremio” ilə anlaşıb. Təcrübəli forvardın klubla ikiillik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, uruqvaylı forvard ölkəsində “Nasyonal”ın formasını son dəfə geyinib. O, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko” kimi klubların da uğurları üçün çalışıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →