• 20:02 – Dövlət büdcəsinin gəlirləri açıqlandı 
  • 19:48 – Messi 17-ci dəfə "Qızıl top"a namizəd göstərildi 
  • 19:44 – Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? 
  • 19:40 – Rusiya kosmosda nüvə partlayışı törədərsə... - Ssenari 

"Barselona"nın əfsanəsi: "Messini zərərsizləşdirmək mümkün deyil" -





"Barselona"nın əfsanəsi: "Messini zərərsizləşdirmək mümkün deyil" -

"2026-cı il dünya çempionatının finalında argentinalı futbolçu Lionel Messini tamamilə zərərsizləşdirmək mümkün deyil".

XEBERTV.AZ   "Goal"a istinadla xəbər verir ki, bunu İspaniya millisinin heyətində 2010-cu ilin dünya çempionu olan Andres İnyesta deyib.

"Messini tamamilə bağlamaq mümkün deyil. Məsələ daha çox İspaniyanın öz oyunu ilə Argentinaya nə dərəcədə zərər vura biləcəyindədir: qol vəziyyətləri yaratmaq və onlar yarandıqda bunları reallaşdırmaq. Messi haqqında söz tapa bilmirəm - mən sadəcə bunu necə təsvir edəcəyimi bilmirəm", - deyə İnyesta bildirib.

İyulun 19-da Nyu-Yorkda keçiriləcək finalda Argentina, yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq. Argentina öz yarımfinalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada başlayıb və iyulun 19-dək davam edəcək. Hazırkı dünya çempionu, ötən finalda Fransanı məğlub edən Argentina millisidir.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →