
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Kamandan Oxatma Federasiyası parakamandan oxatmanın inkişafı üçün əməkdaşlığı genişləndirirlər
XEBERTV.AZ Federasiyaya istinadən xəbər verir ki, Komitə ilə federasiya arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında Memorandum ilə bağlı geniş tərkibdə görüş keçirilib.
Tərəflər arasında parakamandan oxatma idman növünün inkişafı və əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə parakamandan oxatmanın inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Fərid Xəlilov imzalayıblar.


