• 20:20 – Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu 
  • 20:03 – Ərdoğanın Azərbaycana səfəri başa çatdı 
  • 19:58 – Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib. 
  • 19:52 – Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi 

Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu



Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu

Bir müddət əvvəl "Qarabağ"dan ayrılan Monteneqro millisinin müdafiəçisi Marko Vesoviç Azərbaycandakı karyerasını yada salıb.

XEBERTV.AZ   xəbər verir ki, "Vijesti" nəşrinə danışan 33 yaşlı futbolçu "Qarabağ"da son dövrlərin onun üçün darıxdırıcı keçdiyini deyib:

"Qarabağ"da dörd uğurlu və gözəl il keçirdim. Klubun iddiaları mövsümdən-mövsümə artdığı üçün çətin idi. Amma komandanın həm çempionatda, həm də avrokuboklarda nəticələri yaxşı idi. Dörd dəfə çempion olduq, demək olar ki, bir o qədər də "qızıl dubl" etdik, həm də Avropa Liqasının 1/8 finalına yüksəldik. Hər iki matçda yalnız əlavə vaxtda qol buraxaraq, mübarizədən kənarlaşdırıldıq.

Klub böyüdükcə mən də futbolçu kimi böyüdüm. Amma mənim üçün darıxdırıcı oldu. Yeni motivasiyaya ehtiyacım olduğunu hiss etdim və yoluma davam etmək qərarına gəldim. Klubdakı hər kəsə təşəkkür edirəm və onlara ən yaxşısını arzulayıram".

Milli.Az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →