• 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 
  • 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:42 – Trampla Netanyahu arasında telefon danışığı 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 

Güləşçilərimiz Avropa çempionatının finalında!


Güləşçilərimiz Avropa çempionatının finalında!


Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.

XEBERTV.AZ Axar.az-a istinadən  xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.

Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kiloqram) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla güləşəcək.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →