• 19:28 – Təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı 
  • 19:21 – ABŞ və Rusiya neft sazişi ilə bağlı danışıqlar aparır 
  • 22:50 – 2027-ci ildə maaşlar nə qədər artacaq? 
  • 22:46 – KATY PERRY SƏHNƏYƏ AZƏRBAYCAN BAYRAĞI İLƏ ÇIXDI 

Hakimə kəllə atan məşqçi Zelenski ilə Trampı günahkar çıxardı




 


Hakimə kəllə atan məşqçi Zelenski ilə Trampı günahkar çıxardı

“Lion”un baş məşqçisi Paulo Fonseka Liqa 1-in Nizam-İntizam komissiyasının iclasında “Brest”lə matçda (2:1) hakim Benua Millotla insidentin səbəbi barədə maraqlı izahat verib.

XEBERTV.AZ   xəbər verir ki, o, davranışının şəxsi səbəblərdən olduğunu bildirib. Portuqaliyalı mütəxəssis son həftələrdə Ukrayna ilə bağlı qeyri-sabit siyasi vəziyyətə görə əsəbi vəziyyətdə olduğunu deyib. Xüsusilə o, Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın görüşündən sonra yaranan qeyri-müəyyənlikdən narahat olduğunu vurğulayıb. Bu barədə “The Athletic” məlumat yayıb.

Bundan əlavə, Fonseka ailə vəziyyətinə görə stress keçirdiyini söyləyib. 2024-cü ilin dekabrında “Milan”dan qovulduqdan sonra həyat yoldaşı və iki övladı İtaliyada yaşamağa davam edib. Bu, onun emosional stressini daha da artırıb.

Qeyd edək ki, Nizam-İntizam Komitəsi məşqçinin 9 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verib.



Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →