• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub

BAKI-XEBERTV.AZ


 



Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən AKF-in ənənəvi karate üslubu üzrə rəhbəri, professor Əhməd Əfəndi ölkəmizdə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəsmisi Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF-nin vitse-prezidenti Rəhman Hətəmov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.

Yarışın açılış mərasimində bir sıra dövlət xadimləri,  idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etmişdir.

Ölkə birinciliyi və çempionatında 35-dən çox  klub və nümayəndəliklərdən 300 yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb. Qaliblər  Gənclər və İdman Nazirliyinin  təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar. 

Mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüsrənov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və ənənəvi karate üslubunun rəhbəri Əhməd Əfəndi təqdim ediblər.

İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçiriləcək dünya və avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki,  komanda hesabında medalların sayına görə, Fudokan 1-ci yerə, Qarabağ Karate Klubu 2-ci yerə, FHN - İdman sağlamlıq Mərkəzinin karateçiləri 3-cü yeri qazanıb.



 

 



Billurə Hüseynova 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →