• 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 
  • 19:53 – Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir 
  • 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:24 – İsrail 26 il sonra həmin qəsri ələ keçirmək istəyir 

Qusar rayonunda kyokuşinkay karate üzrə şimal açıq turniri keçirilib


 


10 -06-2024- BAKI-XEBERTV.AZ

Qusar rayonunda kyokuşinkay karate üzrə şimal açıq turniri keçirilib

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə, Qusar Olimpiya İdman Kompleksində "KWU-WFKF" Birliyinin kyokuşinkay karate üzrə Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş şimal açıq turniri keçirilib.

Turnirin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov, AKF-in Hüquq və İntizam Komitəsinin sədri Həmdiyyə Məmmədov, AKF-in prezidentinin köməkçisi Vüsal Abdullazadə, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, hakimlər, məşqçi-müəllimlər, idmançılar iştirak ediblər.

Yarışda Bakı, Sumqayıt şəhərlərindən, Astara, Xaçmaz, Şabran və Abşeron rayonlarından 200 nəfərə yaxın idmançı 6 yaş qrupu üzrə 30 çəki dərəcəsində mübarizə aparıb.

Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

 


Hazırladı

Billurə Hüseynova




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →