• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Qarabağ"dan ayrılan və "Yurqorden"lə razılaşan Musa Qurbanlı dünən İsveçə yollanıb.



İdman direktoru Musa Qurbanlı haqda: Danışıqlar davam edir

Qarabağ"dan ayrılan və "Yurqorden"lə razılaşan Musa Qurbanlı dünən İsveçə yollanıb.

 

 

XEBERTV.AZ  xəbər verir ki, 21 yaşlı hücumçu dünən ölkə çempionatında "Varberqs"ə qarşı keçirilən oyunu (2:0) stadiondan izləyib. Matçdan sonra "Yurqorden"in idman direktoru Bosse Anderson "Expressen" nəşrinə Musanın transferi ilə bağlı danışıb:

"Danışıqlar davam edir. O, mühüm seçim edir. Biz onun Stokholma gəlməsi üçün icazə aldıq, səfər gerçəkləşdi.

Musa Qurbanlı ilə bağlı təəssüratlarım yaxşıdır. "Qarabağ"ın və milli komandanın oyunçusudur, çox qol vuran biridir. "Qarabağ" da ötən il bizim kimi Konfrans Liqasında idi və bir-birimiz ilə qarşılaşa bilərdik. Belə olan halda, ilk əlaqələr yaranır. Yəqin ki, onlar da bizi yaxşı dəyərləndirirdilər".

Nəşrdə Musanın transferinin kluba 6 milyon krona (təxminən 513 min avro) başa gələcəyi və bunun "Yurqorden"in son illərdəki ən bahalı keçidlərindən biri olacağı qeyd edilib.


Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →