• 10:01 – ABŞ ordusu Suriyada İŞİD terrorçusunu öldürdü 
  • 09:51 – Sabah Bakıya qar yağacaq: 4 dərəcə şaxta... 
  • 09:24 – Bakıda kamandan oxatma çempionatı böyük uğurla başa çatdı-REPORTAJ 
  • 21:35 – "Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb 

Mağarada əməliyyat: Türk ordusunun 5 hərbçisi şəhid oldu


Mağarada əməliyyat: Türk ordusunun 5 hərbçisi şəhid oldu

Pəncə-Kilid hərəkat zonasında Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib. Dərhal xəstəxanaya yerləşdirilmələrinə baxmayaraq, onlardan 5-i şəhid olub.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, terrorçular tərəfindən öldürülən Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada aparılan əməliyyat-axtarış tədbiri zamanı sözügedən hadisə baş verib.

Ərazidə xilasetmə tədbirləri Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) və ordu qüvvələri tərəfindən davam etdirilməkdədir.





Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →