• 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:51 – Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi 
  • 20:45 – Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram... 
  • 20:40 – Ruhun Bayraqla Yüksəlişi 

AFAD: Hatayda baş verən yeni zəlzələdən sonra 32 ardıcıl təkan qeydə alınıb

Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində 3 nəfər həyatını itirib və dağıntılar altında qalanlar var. Təcili Xidmət Mərkəzinə 42 müraciət daxil olub, 213 nəfər ətrafdakı xəstəxanalara yerləşdirilib. Ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →