• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Onlar bölgədən çıxır, Türkiyə baza qurur - KİV




BAKI-XEBERTV.AZ

Onlar bölgədən çıxır, Türkiyə baza qurur - KİV

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Suriya keçid hökuməti ilə YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma sənədi imzalanıb.

“Haber7.com” saytını xəbər verir ki, razılaşmada ən mühüm maddələrdən biri də “Bütün hərbi qurumların Suriya rəhbərliyinə inteqrasiyası” olub.

Bu maddəyə əsasən, Türkiyənin Suriya sərhədi qısa müddətdə, tamamilə terrorçulardan təmizlənəcək:

“Türkiyənin tələblərinə uyğun olaraq, YPG üzvləri Fəratın şərqində blok kimi də iştirak edə bilməyəcək. Suriya ordusuna tam inteqrasiya olunduqdan sonra ordunun tərkibində yaradılacaq yeni birliklər ölkənin şimal-şərqində xidmət edəcək. Türkiyənin də bu bölgədə baza qurması planlaşdırılır. Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və MİT rəhbəri İbrahim Kalın açıqlamalarında Dəməşqə səfərləri zamanı bütün bu mövzuların müzakirə edildiyini bildiriblər”.

Həmçinin qeyd olunub ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan mənbələr Suriya və İraqdakı tərk-silahın qəti, şəffaf və qalıcı olub-olmamasını yaxından izləyəcəklərini, bunun bir qədər zaman alacağını, prosesin konkret nəticələri əldə olunana qədər heç bir müzakirənin olmayacağını bildiriblər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →