• 20:47 – QARABAĞ MÜHARİBƏ VETRANI-nın  harayına səs verəsiniz 
  • 20:37 – DYP sürücülərə müraciət ETDİ 
  • 20:31 – ABŞ bu ölkədən ordusunun bir hissəsini çıxarır 
  • 21:36 – Azərbaycan İran komandasına viza verməyib? – Rəsmi 

Qazi parakarateçilərimiz Avropanı fəth etdi



BAKI-XEBERTV.AZ

Qazi parakarateçilərimiz Avropanı fəth etdi

Qazi parakarateçilərimiz tarixi ilkə imza atıb. 
Əlil arabasında cıxış edən Birinci Qarabağ müharibəsi qazisi Eldar Əhmədov Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada dövlət himnimizi səsləndirib. Digər parakarateçimiz- əlil arabasında çıxış edən Vətən müharibəsi qazisi Vidadi Xalıqov isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Beləliklə Avropa çempionatları tarixində ilk dəfə olaraq Azərbaycan qaziləri fəxri kürsünün ilk iki pilləsində qərarlaşıblar. 

Bundan əlavə görmə qabiliyyəti zəif olan qadınlar arasında Emilya Mitlinova, görmə qabiliyyəti zəif olan kişilər arasında isə Nihat Məmmədzadə gümüş medal qazanıblar.

Qeyd edək ki, parakarate üzrə yığma komandamızın baş məşqçisi Rənad Əliyevdir. Komandamız yarışa AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıblar.



Billurə Hüseynova

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →