• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

İsrail dünyada ilk dəfə bu raketdən istifadə etdi




İsrail dünya tarixində ilk dəfə olaraq strateji raketdən müdafiə sistemindən döyüş şəraitində istifadə edib.

XEBERTV.AZ   Oxu.az-a istinadən xəbər verir ki, bu, Yəməndən atılan raketin vurulması zamanı baş verib.

“Qırmızı dəniz bölgəsindən İsrail dövlətinə atılan "yer-yer" tipli “Strela” raketi uzaqmənzilli müdafiə sistemi tərəfindən uğurla vurulub. Hərbi Hava Qüvvələrinin aşkarlama sistemləri raketin uçuş trayektoriyasını izləyib və onu maksimum dərəcədə effektiv şəkildə zərərsizləşdirib”, - İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, bu gün döyüş şəraitində ilk dəfə istifadə edilən İsrailin "Arrow 3" raketdən müdafiə sistemi ABŞ ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sistem 2400 km-ə qədər məsafədə transatmosfer kinetik vuruş prinsipi əsasında işləyir. Standart “Arrow 3” radarı, versiyasından asılı olaraq 500 və ya 900 km-ə qədər məsafədə düşmən hədəfini müəyyən edə bilər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →