• 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:35 – AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin! 
  • 20:32 – Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 
  • 20:27 – Krasnodara PUA hücumu: 6 ölü, 47 yaralı... 

Yevlaxda oğulu öldürüb, atasına xəsarət yetirən şəxslər həbs olunub

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlax rayon sakininin ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədovun xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →