• 22:25 – Zelenski Putinlə görüş üçün kömək istədi 
  • 22:18 – Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı 
  • 22:15 – Hellouin şirniyyatlarından iynə və maqnit tapıldı 
  • 22:12 – Almaniyada polislərə hücum başladı: yaralılar var 

Tərtər sakininin Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair başlanmış cinayət işinin istintaqı yekunlaşıb

Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bərdə Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →