• 20:50 – Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video 
  • 20:40 – İsveç və Norveç nüvə çəkindirmə məsələsində Fransa ilə əməkdaşlıq etməyə hazırdır 
  • 20:36 – İran İsrailin komandanlıq mərkəzinə zərbə endirdi 
  • 20:31 – Hörmüzdə keçid gözləyən gəmilərin sayı... 

Babək rayonunda məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 2022-ci il martın 31-də binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfərin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma materialı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öyrənilib və həmin qərar fevralın 8-də ləğv edilərək Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →