• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Ələt dəmir yolu stansiyasından oğurluq edən şəxslər saxlanılıb

Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Qaradağ rayonunun Ələt qəsəbəsindəki stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →