• 20:56 – Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu 
  • 20:51 – Hər Qəlb Verilən Dəyəri Daşımaz 
  • 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 18:08 – Türkiyənin sevilən serial aktyorları Bakıya gəlir! 

Bakı-İstanbul reysi ilə uçan təyyarə hava şəraitinə görə Ankaraya enib

Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanına (Ankara) eniş edib.

Hava şəraiti yol verdikdə, İstanbula uçuş həyata keçiriləcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →