• 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:35 – AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin! 
  • 20:32 – Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 
  • 20:27 – Krasnodara PUA hücumu: 6 ölü, 47 yaralı... 

Beyləqanda maşın su kanalına aşıb, 3 nəfər ölüb

Dünən saat 16 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Naziliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qəza nəticəsində sərnişinlər Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →