• 22:26 – ABŞ dəniz blokadasını ləğv etdi 
  • 22:15 – Rusiyada zəlzələ baş verdi 
  • 22:12 – İran dəniz limanlarının blokadasını ləğv etdik - Vens 
  • 22:09 – Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev 

Binə qəsəbəsində baş vermiş yanğın söndürülüb

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 1200 kvadratmetr olan anbarın içərisində olan plastik yeşiklər, karton və taxta taralar 300 kvadratmetr sahədə yanıb. Eləcə də yüksək temperaturdan anbarın metal konstruksiyadan ibarət dam örtüyü 700 kvadratmetr sahədə deformasiyaya uğrayıb.

Anbarın qalan hissəsi və ona bitişik karton istehsalı sexi yanğından mühafizə olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →