• 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 20:37 – ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı 
  • 20:35 – Fransa 1.5 milyard avroluq hərbi peyklər hazırlayır 
  • 20:32 – Əxlaqın Ağırlığı 

Yasamal rayonunda çoxmərtəbəli binada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →