• 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:35 – AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin! 
  • 20:32 – Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 
  • 20:27 – Krasnodara PUA hücumu: 6 ölü, 47 yaralı... 

FHN Xətai rayonunda baş verən qətllə bağlı əməliyyat görüntülərini yayıb VİDEO

gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Zığ şosesindəki mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. Həmçinin mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın cəsədi xilasedicilər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →