• 19:44 – Zelenski Rusiyaya mesaj verdi: Zərbələri dayandırın, deeskalasiya başlasın 
  • 19:32 – Torpağın Qoruyucusu, Xalqın Dayağı 
  • 19:27 – Bakı-Ələt-Astara magistral yolunda yanğın 
  • 18:44 – Fitso son anda Ukraynaya getmədi: Nə baş verib? 

İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →