DİN: Ölkə ərazisində qeydə alınmış 52 cinayətin üstü açılıb
- 19.12.2022, 14:14,
- Hadisə
ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarılan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.
Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Reytinq: