• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Güllələnən Fazil Mustafanın evə buraxılacağı tarix açıqlandı - AÇIQLAMA

Güllələnən Fazil Mustafanın evə buraxılacağı tarix açıqlandı - AÇIQLAMA





“Çox şükür, vəziyyəti tədricən yaxşılığa doğru dəyişir. Yaxın günlərdə, yəni 5-10 günə evə buraxılacaq”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında evinin qarşısında sui-qəsdə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.

Həkimlərin qərarından sonra deputatın evə buraxılacağını deyən İlqar Mustafayev reabilitasiya prosesinin müsbətə doğru irəlilədiyini bildirib:

“Bu, yazılmayan, həkim məsləhəti ilə olan bir şeydir. Yaranın sağalmasından çox şey asılıdır. Həkimlərin əlində olan məsələdir. Əvvəlcədən nəsə deyə bilmərik. Çox şükür, özünü yaxşı hiss edir, hər şey qaydasındadır. Sağalmağı, yaraları yaxşıya doğru gedir”.

Qeyd edək ki, martın 28-i axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 6 nəfər müəyyən olunaraq saxlanılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →