• 20:56 – Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu 
  • 20:51 – Hər Qəlb Verilən Dəyəri Daşımaz 
  • 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 18:08 – Türkiyənin sevilən serial aktyorları Bakıya gəlir! 

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb.
“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →