• 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 
  • 21:23 – Əfsanəvi Milli Qəhrəman Fred Asifin Anım Günüdür, Əbədiyyətə uğurlanmasından 32 il keçir-MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (2) 
  • 23:05 – Ərdoğan və Berdiməhəmmədov bu məsələləri müzakirə etdilər 
  • 23:01 – Sabah Ermənistana benzin və dizel göndəriləcək 

Əfsanəvi Milli Qəhrəman Fred Asifin Anım Günüdür, Əbədiyyətə uğurlanmasından 32 il keçir-MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (2)


Birinci Qarabağ Savaşının Əfsanəvi Qəhrəmanlarından olan və Fred Asif kimi tanınan Şəhid-Milli Qəhrəman Asif Yusif oğlu Məhərrəmovun Anım Günüdür.

Bu gün Fred Asifin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından düz 32 il keçir.

XEBERTV.AZ  xəbər verir ki, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Fred Asifin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

Yüzlərlə insanın iştirak etdiyi izdihamlı ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Şəhidin doğmalarına, Vətənə əmanət tək oğlu Azər Məhərrəmova Allahdan səbr və dözüm arzulanıb.

Xatirə fotoları çəkdirilib.


Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Şəhidin Anım Günü ilə bağlı məclis təşkil edilib, adına çay-ehsan süfrəsi açılıb.

Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxışlar başlayıb.

Şəhidin keçmiş döyüş yoldaşları, Şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Şəhidsevər xeyiriyyəçi xanımlar-Leyla ƏhmədovaKifayət Qərinəzadə, yazar Raziyə Kamilqızı, Şəhid yaxınları, ziyalılar və digər şəxslər çıxış ediblər.

Çıxışlarda bir daha Fred Asifin hər kəsə örnək olacaq şərəfli ömür və döyüş yolundan, Vətənpərvərliyindən, İgidliyi və Qəhrəmanlığından danışlıb.

Eyni zamanda, yazar Raziyə Kamizqızı tərəfindən Şəhidin oğlu Azər Məhərrəmova “Vətənin ölməz səsi” kitabı təqdim olunub.

Qeyd edək ki, Ağdamın İmarət məhəlləsindən olan Asif Məhərrəmov 1952-ci ilin iyul ayının 26-da sadə bir ailədə dünyaya gəlib.

Ailənin 11 övladından biri və evin ən böyük oğlu olub.

Uşaq yaşlarından Vətənpərvərliyi ilə seçilən, fərqlənən Asif Məhərrəmov Qarabağ münaqişəsinin başlaması, işğalçı Ermənistanən təcavüzü ilə əlaqədar Vətənin, doğma Qarabağının müdafiəsinə ilk atılanlardan olub.

“Haqq Cəbhəsi” batalyonunu yaradıb.

Ona polkovnik-leytenant hərbi rütbəsi verilib.

Ağır döyüşlər zamanı bir neçə dəfə yaralınıb.

1994-cü ilin iyul ayının 1-də isə dünyasını dəyişib, Şəhadətə qovuşub.

Nəşi iki gün sonra-3 iyul 1994-cü il tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

1992-ci ildə ona verilən Milli Qəhrəman fəxri adından imtina edib.

Milli Qəhrəman fəxri adı yalnız Şəhidliyindən 6 il sonra, 1998-ci ildə bərpa edilib.

O, həm də ailəli olub.

Tək oğlu, Azərbaycanın dünya şöhrətli idmançılarından olan Azər Məhərrəmov Vətənə əmanət qalıb.

Həyat yoldaşı bir müddət öncə dünyasını dəyişib.

Onu da qeyd edək ki, Şəhidin Anım Günü ilə bağlı məclis Fred Asifin doğmaları və xeyriyyəçi Leyla Əhmədova tərəfindən təşkil edilib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

        Mənbə/ Etikxeber.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →