• 23:00 – İsrail ordusu "Hizbullah"ın infrastrukturuna növbəti zərbələr endirdi 
  • 22:41 – Zirəddindən "Titanik"də tapılan şərabla bağlı şok iddia... 
  • 22:04 – Belarus Prezidenti: “Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq” 
  • 21:50 – Hizbullah İsrailə rekord sayda raket atdı 

Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

 

BAKI-XEBERTV.AZ

                   
Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
Hər il mayın 3-ü dünyanın əksər ölkələrində Beynəlxalq Söz və Mətbuat
Azadlığı günü kimi qeyd olunur. Mayın 3-ü Bakıda “Royal Hotel” in akt
zalında bu münasibətlə dəyirmi masa təşkil edildi. Dəyirmi masanı Bakının
Xətai rayonundakı 264 nömrəli məktəb - liseyin müəllimi Əsmər
Mehrəliyeva açıq elan etdi. Dahi şəxsiyyət Heydər Əliyevin və
Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları
zamanı şəhid olanların əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Əsmər
xanım Beynəlxalq Söz və Mətbuat Azadlığı gününə həsr edilən tədbirin
ictimai əhəmiyyəti barədə məlumat verdi. Eyni zamanda, qeyd etdi ki, bu
günkü tədbirin təşkilatçısı “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi
sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İctimai xadim
Elnur Abasovdur. Mayın 3-ü həm də Elnur bəyin doğum günüdür. Əsmər
xanım tədbir iştirakçıları adından Elnur Abasovu təbrik etdi və gələcək
işlərində yeni-yeni uğurlar arzuladı. Daha sonra söz 44gunsavash.az
saytının baş redaktoru, jurnalistŞamil Sabiroğluya verildi.Şamil müəllim
yenicə fəaliyyətə başlayan 44gunsavash.az saytının qarşısında duran
mühüm vəzifələrdən danışdı. O, qeyd etdi ki, tədbir Beynəlxalq Söz və
Mətbuat Azadlığı gününə həsr olunub. Çıxış edənlər Azərbaycanda söz və
mətbuat azadlığı barədə öz fikirlərini söyləyə bilərlər. Şamil müəllim qeyd
etdi ki, mayın 3-ü Ölkəmizdə həm türkçülük günü kimi qeyd olunur, həm
də dostumuz Elnur Abasovun doğum günüdür.Şamil Sabiroğlutədbirdə
iştirak edən qonaqlar adından Elnur bəyi təbrik etdi və sonra sözü Elnur
Abasova verdi. Elnur bəy 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün
davam edən savaşın Azərbaycan xalqının qələbəsi ilə başa çatması üçün
qardaşı Mövsümağa Abasovla birgə əllərindən gələn yardımı göstərdiklərini
qeyd etdi. O, düşmən üzərində qazanılan qələbədə zəhməti olan hər bir
şəxsi salamladı, Ali Baş Komandan cənab İlham Əliyevi XXI Əsrin
Qəhrəmanı adlandırdı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri
Ceyran Əzizova düşmən üzərində qazanılan tarixi qələbəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin, Silahlı Qüvvələrimizin
şəxsi heyətinə təşəkkür etdi. Ceyran xanım Elnur Abasovun ictimai
fəallığını yüksək qiymətləndirdi. Jurnalist Ekspert Mərkəzinin sədri,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu
Ölkəmizdə söz və mətbuat azadlığı üçün yaradılan şəraitdən bəhs etdi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 44gunsavash.az saytının qurucusu
və direktoru Mövsümağa Abasov Beynəlxalq Söz və Mətbuat Azadlığı günü
ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarını təbrik etdi.
Dedi ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında jurnalistlərin müstəsna
xidmətləri var. Azərbaycan Respublikası Sosial Rifah və Tədqiqatlar ictimai
birliyinin sədri, fact-info.az saytının baş redaktoru Əkrəm Bəydəmirli,”Bizim 
yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həziyev,
Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq, “Dövlət və Qanun”
qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı,“Ədalət” qəzetinin xüsusi
müxbiri Əntiqə Rəşid,“Mir” Dövlətlərarası TeleRadio Şirkətinin Azərbaycan
Milli nümayəndəliyinin baş prodüseri Mübariz Hacılı və başqaları da
Azərbaycanda fəaliyyət göstərən KİV əməkdaşlarını Beynəlxalq Söz və
Mətbuat Azadlığı günü ilə əlaqədar təbrik etdilər. Elnur Abasov tədbirdə
iştirak edən jurnalistlərə qiymətli hədiyyələri təqdim etdi. Daha sonra
tədbir çay süfrəsi arxasında davam etdirildi.
Şamilə Ələkbərli.
04.05.2024.





 
Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →