• 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:19 – Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma 
  • 09:15 – Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadalayıb 
  • 09:12 – Trampın təsviri olan 250 dollarlıq əsginaslar hazırlanır 

Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma




Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma


Yer kürəsinin fırlanması son 3.6 milyon il ərzində müşahidə olunmamış templə yavaşlamağa başlayıb.

Bu barədə "BBC Science Focus" portalı Vyana Universiteti və Sürix Ali Texniki Məktəbinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.

Bu nəticəyə gəlmək üçün tədqiqatçılar birhüceyrəli dəniz orqanizmlərinin daşlaşmış qabıqlarını təhlil ediblər. Okean dibində qorunub saxlanmış bu qalıqların kimyəvi tərkibi onlara uzaq keçmişdəki dəniz səviyyəsinin dəyişmələrini hesablamağa və bu göstəricilər əsasında müxtəlif dövrlərdə Yer kürəsinin fırlanma sürətini müəyyən etməyə imkan verib.

Mütəxəssislər müəyyən ediblər ki, hazırkı yavaşlama tempi araşdırılan dövr üçün bənzərsizdir. Alimlərin fikrincə, bu prosesin əsas səbəbi iqlim dəyişikliyinin törətdiyi qütb buzlaqlarının əriməsidir.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →