• 20:12 – Ölkəmizdə benzin bahalaşacaq 
  • 20:01 – Sənədsiz evlərə "kupça" verilməsinə başlandı: Kimlərə şamil olunacaq? 
  • 19:43 – Sabah bu ərazilərdə hərbçilərin yürüşü keçiriləcək 
  • 19:36 – Tele-operator Seyidağa Mövsümlünün dünyasını dəyişdiyi gündür 

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır



 

06.06.2024 BAKI-XEBERTV.AZ


İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır


Bu gün, bütün dünyanı narahat edən qlobal problemlərdən biri də, məhz iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunmaqda və ciddi problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. Qlobal iqlim dəyişikliyinə qarşı mübarəzədə Azərbaycan dövlətinin fəaliyyəti təqdirəlayiqdir. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin  azaldılması və bu təsirlərə  adaptasiya strategiyaları uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapırmışdır. Azərbaycan Respublikasının bu marafonda əsas öhdəlikləri karbon neytrallığına nail olmaq, həmçinin, dəyişən iqlimə uyğunlaşmaq üçün operativ, uzunmüddətli tədbirlərin işlənib hazırlanması, həyata keçirilməsi, iqlimə antropogen təsirin yumşaldılması, istixana qazlarının emissiyasının azaldılması üzrə tədbirlər, meşə təsərrüfatı sahəsində iqlim layihələrini uğurla icra etmək və s. aiddir. Azərbaycan dövləti, həmçinin, bu istiqamətdə qarşıya qoyduğu məqsədlərə çatmaq olmaq üçün bir çox mühüm sənədlər də qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuşdur və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  ratifikasiya edilmiş və ölkə Prezidenti tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan  Paris Sazişini  22 aprel 2016-cı ildə  imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə, 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür. Hal-hazırda, Ümumdünya Ətraf Mühit Günündə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçısı kimi nümunəvi olmaq niyyətindədir. Planetimizin gözəlliyinə dəyər verərək, biz iqlim dəyişikliyi ilə mübarizədə və gələcək nəsillər üçün ətraf mühitin qorunmasında qlobal əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyirik. İqlim dəyişikliyinin qarşısının alınması fərdi, ictimai, milli və beynəlxalq səviyyədə kollektiv fəaliyyət tələb edir. İqlim dəyişikliyinin qarşısını almaq üçün bir çox addımlar atıla bilər. Fərdlər enerjiyə qənaət edən cihazlardan istifadə etməklə, daha az avtomobil və ya elektrikli avtomobil sürməklə, daha az ət yeməklə, evlərində enerji istehlakını azaltmaqla öz karbon ayaq izini azalda bilərlər. Hökumətlər, müəssisələr istixana qazları buraxmadan elektrik enerjisi istehsal edən külək, günəş və su enerjisi kimi bərpa olunan enerji mənbələrini təşviq edə bilərlər. Bina qaydalarını təkmilləşdirmək, ictimai nəqliyyata investisiya qoymaq və daha səmərəli istehsal proseslərini inkişaf etdirməklə enerji səmərəliliyini təşviq edə bilər. Meşələri qorumaq, davamlı kənd təsərrüfatını təşviq etmək və

meşələrin bərpası səylərini dəstəkləməklə meşələrin qırılmasını azalda bilər. İqlim dəyişikliyinin qarşısının alınması fərdi şəxslərdən tutmuş milli və beynəlxalq siyasətə qədər bütün səviyyələrdə davamlı, əlaqələndirilmiş fəaliyyət tələb edir. Birgə işləməklə, biz istixana qazı emissiyalarını azaltmağa və iqlim dəyişikliyinin planetimizə təsirini məhdudlaşdırmağa kömək edə bilərik...


 

                                                                                                                                     


                                                                                                                                                           Sabit Mehdiyev.

Yeni Azərbaycan Partiyası                                                        

Beyləqan rayon təşkilatının məsləhətçisi.    

                                                                                                         

                                                        



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →