• 22:36 – İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb 
  • 22:22 – Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar... 
  • 19:14 – Pensiyalarla bağlı ŞAD XƏBƏR: 629 manat olacaq 
  • 21:52 – DünyaGüclü zəlzələ daha bir ölkəni silkələdi 

Əliyevalar 45 nömrəli məktəbdə oldular - Foto



Əliyevalar 45 nömrəli məktəbdə oldular - Foto


Əliyevalar 45 nömrəli məktəbdə oldular - Foto


Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.

XEBERTV.AZ  xəbər verir ki, onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.

Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.

Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.

Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.



axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →