• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 300 min şagirdi əhatə edəcək

Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 300 min şagirdi əhatə edəcək

Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580 müəllim və 190 mindən çox şagirdi əhatə edir. Layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranda icra olunur.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2022-2023-cü tədris ilində layihənin 5 yüzə yaxın məktəbi və 300 min şagirdi əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İnformasiya texnologiyaları sinifləri” layihəsinə start verilib. Bu siniflərdəki dərslərə qeyd olunan şəhər məktəblərinin Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb edilib. Dərslərin əsas məqsədi intensiv informasiya texnologiyaları hazırlığı və şagirdlərin müvafiq peşələrə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Təlim keçmiş müəllimlər tərəfindən dərslərdə şagirdlərə “Python”da alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir. Növbəti tədris ilində bu siniflərdə şagird sayının 1000 nəfəri əhatə etməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2017-2018-ci tədris ilindən start götürən layihənin məqsədi şagirdlərə alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →