• 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 
  • 19:53 – Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir 
  • 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:24 – İsrail 26 il sonra həmin qəsri ələ keçirmək istəyir 

Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili



Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili


Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili

Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq.

XEBERTV.AZ  APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın Orta Dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır:

“Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması baxımından vacibdir və rəqabət buna daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq".

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →