• 21:11 – Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? 
  • 20:59 – Köçəryanın işi üzrə istintaq bərpa edilir 
  • 20:56 – Maaş 165 min manatdır, amma işçi tapılmır 
  • 21:40 – Yayılan xəbərlər ukraynalıları HƏRƏKƏTƏ GƏTİRDİ: "İrana zərbə endirin" 

Müstəqil jurnalist və hüquqşünas namizədliyini geri götürərək şəhid atasına dəstək oldu




BAKI-XEBERTV.AZ

 

Müstəqil jurnalist və hüquqşünas namizədliyini geri götürərək şəhid atasına dəstək oldu


Milli Məclisə seçkilər gününə saylı günlər qalır. Hər bir layiqli namizədə uğur arzulayıram. Anar Əlişah oğlu Nağıyev Milli Məclisə Deputatlığa namizəd olaraq qeydiyyata alınmış, seçkiqabağı təşviqat zamanı qəfildən namizədliyini geri götürüb. Şəhid atası Akif Kərimovun leyhinə öz seçicilərinə çağırış edib.

 

92 saylı Göyçay - Ağdaş seçki dairəsi üzrə Deputatlığa namizədliyi qeydə alınmış Anar Əlişah oğlu Nağıyev bu gün namizədliyini geri çəkərək baş tacımız olan qəhrəman şəhidimizin atası Akif Kərimovu dəstəkləyərək, seçicilərdən və həmyerlilərindən dövlətə, dövlətçiliyə sadiq olan, xalqa, vətənə, dövlətə xidmət edən, xalqın elçisi kimi Milli məclisdə sakinlərin səsini, sözünü dövlətimizə çatdırmağı, sonadək namizəd kimi mübarizə aparacağına, rayonun inkişafı naminə çalışacağına inanıb ümid edərək 1 sentyabr 2024 cü ildə Göyçaylıları Şəhid atasına səs verməsi bu gün real gündəm olaraq əsas mövzu, seçkiqabağı təşviqat olmalıdır deyərək namizədliyini geri götürüb.

  

"Əziz və hörmətli Göyçaylılar Sizləri Şəhid Atası Akif Kərimova səs verməyə çağırram". Bildirək ki, Şəhid atası,Azərbaycan, Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional Bölməsinin məsul şəxsi, Göyçay rayon ictimai Şuranın sədri Akif Kərimov VII çağırış Milli Məclisə seçkilərə qeydiyyata alınan namizəddir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Qeyd edək ki, şəhid Orxan Akif oğlu Kərimli 9.10.2019 il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 10 oktyabr 2020 il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Göyçay Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (29.12.2020), “Cəsur döyüşçü” (18.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →