• 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 
  • 19:53 – Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir 
  • 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:24 – İsrail 26 il sonra həmin qəsri ələ keçirmək istəyir 

İqlim fəalları Yelisey sarayının yaxınlığındakı meydanı rənglədi





BAKI-XEBERTV.AZ

iqlim-feallari-yelisey-sarayinin-yaxinligindaki-meydani-rengledi


Fransanın paytaxtı Parisdə iqlim fəalları hökumətin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətsizliyinə cavab olaraq Yelisey sarayının yaxınlığındakı meydanı narıncı rəngə boyayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Derniere Renovation” iqlim icmasına dəstək verən 6 iqlim fəalı üzərində “Sizin cinayətləriniz, bizim ölülərimiz” yazılmış köynəklər geyiniblər.

İcmanın X sosial media platformasından verilən açıqlamada Fransada həddindən artıq isti havaya diqqət çəkilib.

Açıqlamada hökumət iqlim böhranı ilə bağlı heç bir güclü addım atmamaqda ittiham edilib, bu vəziyyətin ən çox qurbanının vətəndaşlar olduğu bildirilib.

Milli mətbuatda yer alan xəbərə görə, 6 fəal hadisə yerində saxlanılıb.

Hadisənin baş verdiyi vaxt Yelisey sarayında Nazirlər Şurasının iclasının keçirildiyi deyilir.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →