• 19:39 – Azərbaycan İƏT-in iclasında belə təmsil olundu 
  • 19:32 – 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: MİLLİ İSTİQLALDAN DÖVLƏT MÜSTƏQİLLİYİNƏ APARAN TARİXİ YOL 
  • 20:56 – Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu 
  • 20:54 – BƏƏ-də dəhşətli qəza: 14 ölü, 30 yaralı 

Bu, rəsmi İrəvan üçün ciddi məsələdir - Norov


Bu, rəsmi İrəvan üçün ciddi məsələdir - Norov

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla münasibətlər barədə çox aydın mesajlar verdi.

XEBERTV.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.

Diplomat söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi nə qədər tez imzalanarsa, o qədər yaxşıdır:

“Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu, xüsusilə rəsmi İrəvan üçün ciddi məsələdir. Zəngəzur dəhlizinin açılması bütün region, o cümlədən Ermənistan üçün qazanclı olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın imkanları Azərbaycanın resurslarından daha azdır. Deməli, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan ciddi imkanlar əldə edə bilər”.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →