Tarixi Lider
BAKI-XEBERTV.AZ
Son illərin tarixinə nəzər salsaq,ən çox yaddaşlara həkk olunan II Qarabağ müharibəsində baş verən hadisələr unudulmur.İllər keçəcək amma bu dönəmlərdə yaşanan vətənpərvərlikdən doğan qürur verici hisslər tarixi səlnamə silsiləsi kimi nəsillərdən nəsillərə ötürüləcək.
2020-ci il sentyabrın 27-də Azərbaycan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə qazandı.
44 günlük Vətən müharibəsi bir daha göstərdi və bütün dünyaya sübut etdi ki, biz Azərbaycanın güclü ordusu var.Buna sübut olaraq müharibə dönəmində hansı texniki imkanlardan istifadə olunduğu göz qabağında idi. Və haqımız olanı Rəşadətli Ordumuzun əldə etdiyi qələbə nəticəsində geri qazandıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu ordunun güclü olması üçün illər sərf edilib müharibə əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh yüksəkliyinin vəhdətini təşkil edir.
Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi.
Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlmişdir.
Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.
20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq
şəkildə təzahür etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Abasov Mövsümağa