• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Buna görə Ermənistan dövləti məsuliyyət daşıyır


Buna görə Ermənistan dövləti məsuliyyət daşıyır

Xocalıda aşkarlanan kütləvi məzarlıqlardakı insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyənləşdiriləcək.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabındakı paylaşımında yazıb.

“Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. Ola bilsin ki, bu adsız və günahsız mülki qurbanların qalıqlarının 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə tapılması ilahi ədalətdir. Onların kimlikləri DNT analizləri ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4000 azərbaycanlı itkin hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların basdırıldığı bu cür kütləvi məzarlıqlarla bağlı məlumat verməkdən imtina edir”, - Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi beynəlxalq hüquqa əsasən istənilən dövlətin beynəlxalq səviyyədə yol verdiyi haqsızlıqlara görə beynəlxalq məsuliyyət daşıdığını vurğulayıb:

“Ermənistan Respublikası Xocalı soyqrımına və azərbaycanlılara qarşı digər haqsız hərəkətlərinə görə dövlət məsuliyyəti daşıyır. Ermənistan Respublikası hələ də Azərbaycan xalqından və dövlətindən 30 illik hərbi işğala, xüsusilə də Xocalı soyqırımına görə üzr istəməyib”.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →