• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

“Financial Times”: Ukrayna Aİ-dən ayda təxminən 250 min artilleriya mərmisi almaq istəyir

Ukraynanın döyüş meydanında istifadə etmək üçün ayda 250 minə yaxın artilleriya mərmisinə ehtiyacı var. Bununla bağlı Avropa İttifaqına müraciət ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukraynanın müdafiə naziri Aleksey Reznikovun avropalı həmkarlarına məktubuna istinadən məlumat yayıb.

Aleksey Reznikovun sözlərinə görə, Ukrayna orta hesabla ayda təxminən 110 min 155 millimetrlik mərmi istifadə edir ki, bu da Rusiyanın istifadə etdiyi mərmilərin 25 faizinə bərabərdir.

Avropa İttifaqının daxili bazar üzrə komissarı Thierry Breton qəzetə müsahibəsində bildirib ki, Avropa müdafiə sənayesi “müdafiə istehsalının tələbatını ödəmək” üçün “müharibə iqtisadiyyatına” keçməlidir. Nəşrin məlumatına görə, silah və hərbi texnika istehsalının artırılmasının maliyyələşdirilməsi məsələsi Aİ ölkələrinin liderləri tərəfindən martın 23-24-də Brüsseldə keçiriləcək sammitdə müzakirə oluna bilər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →