• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

Britaniya Müdafiə Nazirliyi hərbi büdcənin 20 faiz artırılmasını istəyir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynadakı münaqişə və yüksək inflyasiya ilə bağlı yaxın iki ildə krallığın hərbi büdcəsinin 20 faiz artırılmasının tərəfdarıdır.

AZƏRTAC “The Times” nəşrinə istinadla xəbər verir ki, Ben Uolles maliyyə naziri Ceremi Hantdan illik müdafiə büdcəsini 8 milyard funt-sterlinqlə (9,6 milyard ABŞ dolları) 11 milyard funt-sterlinq arasında (13,2 milyard ABŞ dolları) artırmağı tələb edir.

Hazırda Britaniyanın hərbi büdcəsi ildə 48,6 milyard funt-sterlinq (58,5 milyard ABŞ dolları) təşkil edir. Daha əvvəl açıqlanan planlara görə, 2025-ci ilə qədər ölkənin müdafiəsinə ayrılacaq vəsait 700 milyon funt-sterlinq (845 milyon ABŞ dolları) olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →