• 20:20 – Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu 
  • 20:03 – Ərdoğanın Azərbaycana səfəri başa çatdı 
  • 19:58 – Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib. 
  • 19:52 – Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi 

Avropa su böhranı ilə üz-üzədir

İspaniyanın şimalında yerləşən Kataloniyada iki ildən artıqdır ki, davam edən quraqlıq səbəbindən təqribən 6 milyon nəfər üçün sudan istifadəyə yeni məhdudiyyətlər tətbiq olunacaq.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, bu tədbir Barselona və Jirona daxil olmaqla 224 bələdiyyəni əhatə edir.

İspaniya regionunun böyük hissəsini təchiz edən Ter-Lobreqat su sistemi yalnız 27 faiz yüklənib, praktiki olaraq 25 aydır yağıntı yoxdur.

Özəl bağ sahələri və ictimai yerlər bundan sonra sulanmayacaq, kənd təsərrüfatı müəssisələri isə sudan istifadəni 40 faiz azaltmalıdırlar.

Lakin quraqlıqla təkcə İspaniya qarşılaşmayıb. İtaliya, Fransa və Qərbi Avropanın digər ölkələri artıq ikinci ildir ki, yağış və qar qıtlığından əziyyət çəkirlər. Fransanın ekologiya üzrə dövlət katibi Beranjer Kuyyar xəbərdarlıq edir ki, tədbirlər görülməsə, su böhranı yaxınlaşa bilər.

Fransa, Almaniya və İtaliya təcili şəkildə “su planı” işləyib hazırlayır. Başlıca məqsəd su ehtiyatlarından bərabər istifadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıd
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →