• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Somali, Efiopiya və Keniyada 332 min insanın təcili ərzaq yardımına ehtiyacı var

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Somali, Efiopiya və Keniyada təxminən 332 min insanın təcili ərzaq yardımına ehtiyacı olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Olqa Sarrado bildirib. Qaçqınlara dəstək üçün 137 milyon dollara ehtiyac olduğu bildirilən açıqlamada “bu üç ölkədə təcili qida yardımına ehtiyac var, əks halda həyati təhlükə mövcuddur”, - deyə qeyd olunub.

Somalidə yalnız 2023-cü ilin əvvəlindən bəri quraqlıq və qarşıdurmalar səbəbindən 288 min insanın məcburi köçkün vəziyyətinə düşdüyü bildirilərək, hər 10 qaçqından 8-nin qadın və ya uşaq olduğu vurğulanıb.

Açıqlamada bütün bölgədə havanın temperaturunun normadan yüksək olacağı gözlənildiyi və bu üç ölkədə 23 milyon insanın bölgədə qida çatımazlığından əziyyət çəkəcəyi diqqətə çatdırılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →