• 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:37 – Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko 
  • 22:32 – Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir 
  • 18:42 – Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçüncü turda da seçilməyib - YENİLƏNİB

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçüncü turda da seçilməyib.

AZƏRTAC xəbər verir ki, səsvermə üçün keçirilən iclas çərşənbə axşamı C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib.

Seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək.

01.42

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə, yenidən əksəriyyətin dəstəyini ala bilməyib.

AZƏRTAC xəbər verir ki, onun əsas rəqibi - Demokratlar Partiyasının namizədi Xakim Cefris 212, Makkarti isə respublikaçıların aşağı palatada üstünlüyünə baxmayaraq, cəmi 203 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.

Ümumilikdə 19 respublikaçı öz liderini dəstəkləməyib, hamısı başqa bir partiya üzvünə - Cim Cordana səs verib. Namizədlərdən biri kifayət qədər səs toplayana qədər seçkilər davam edəcək.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına spiker seçilməsi 100 ildə ilk dəfə birinci turda baş tutmayıb. Oxşar vəziyyət sonuncu dəfə 1923-cü ildə baş verib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →