• 23:00 – İsrail ordusu "Hizbullah"ın infrastrukturuna növbəti zərbələr endirdi 
  • 22:41 – Zirəddindən "Titanik"də tapılan şərabla bağlı şok iddia... 
  • 22:04 – Belarus Prezidenti: “Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq” 
  • 21:50 – Hizbullah İsrailə rekord sayda raket atdı 

Türkiyə Cümhuriyyətində keçirilən bələdiyyə seçkilərinin nəticələri elan edildi!

 


BAKI-XEBERTV.AZ

Türkiyə Cümhuriyyətində keçirilən bələdiyyə seçkilərinin nəticələri elan edildi!


Martın 31-də Türkiyə Cümhuriyyətinin bütün ərazisində bələdiyyə seçkiləri keçirilib. Seçicilərin böyük qisminin qatıldığı seçkilər qardaş ölkədə demokratiyanın təntənəsi kimi qəbul edilir. Türkiyə yeni bir çətin imtahanı arxada qoydu. 34 partiyanın təmsilçiləri və müstəqil nümayəndələr bu gərgin yarışda yer aldılar.

Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə rəhbərini seçmək üçün səs veriblər.

Türkiyə Cümhuriyyəti demokratik hüquq dövlətidir.Müstəqil və qərəzsiz məhkəmə orqanının nəzarəti altında baş tutan və Türkiyənin istənilən bölgəsində heç bir təzyiq altında olmadan sərbəst səsvermənin aparıldığı bu yerli seçkilər müxtəlif demokratik üstünlüklərin bir arada və qardaşca ola biləcəyi çoxsəsli demokratik mədəniyyətin mövcudluğunu bir daha nümayiş etdirdi.

Otuz böyük şəhər üzrə CHP-nin 14, AK Partinin 12, Xalqların Bərabərliyi və Demokratiyası Partiyasının 3, Yenidən Rifah Partiyasının isə bir namizədi bələdiyyə sədri seçilib.

Göründüyü kimi, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP bu seçkilərdə əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasına məğlub oldu.

Cümhurbaşqanının seçkinin artıq böyük ölçüdə nəticələri məlum olandan sonra gecə saatlarında etdiyi balkon çıxışı da diqqətləri xüsusi çəkdi, rəğbətlə qarşılandı. Rəcəb Tayyib Ərdoğan dolayısı ilə məğlubiyyətlərini etiraf etdi: “Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz nəticəni ala bilmədik. Millətin iradəsi seçki qutusunda özünü göstərir və öz sözünü qutuda deyir.Millət öz mesajını seçki qutusunda siyasətçiyə çatdırır,öz xəbərdarlığını və minnətdarlığını seçki qutusu vasitəsilə bildirir. 31 mart bizim üçün son deyil, əslində dönüş nöqtəsidir.31 mart seçkilərində türk milləti yenidən sandıq başında mesajlarını siyasətçilərə çatdırdı. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə demokratiyamız və milli iradəmizdir. Seçki qutusunda iradəsini əks etdirən bütün vətəndaşlarıma ürəkdən təşəkkür edirəm.Ümid edirəm ki, seçkilərin nəticələri ölkəmiz üçün faydalı olacaq.Rəcəb Tayyib Ərdoğan bütün Türk dünyasında və qlobal məkanda Türkiyənin mövqelərinin daha da güclənməsini təmin edən tarixi liderlərdəndir.

Türkiyə daxilində və xaricdə bir çoxları ölkədə demokratiyanın təhlükədə olduğunu zənn edirdi, hətta müxtəlif hadisələri uzlaşdırmaqla bunu arqumentləşdirməyə səy göstərirdilər. Ancaq seçkilər bu məsələyə də aydınlıq gətirdi. Türkiyə siyasi elitası, cəmiyyəti demokratiyaya sadiq qaldığını nümayiş etdirdi.Bələdiyyə seçkiləri həm də Cümhuriyyətin demokratik uğurudur. Türkiyə bununla ən doğru yolun demokratiya olduğunu da isbatladi.

“Bir millət, iki dövlət" anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.

Abasov Elnur Ədalət oğlu, İctimai Xadim

04.04.2024, Azərbaycan Respublikası, Bakı şəhəri.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →